Prezidentin general-leytenant rütbəsi verdiyi Adil Abdullayev kimdir?

15:21 15.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib.

48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.